تورک بالاسی TÜRK BALASI

TÜRK DÜNYASI UŞAQ ƏDƏBİYYATI

OLAR ƏKDİ, BİZ YEDIX.

+0 BƏYƏN


OLAR ƏKDİ, BİZ YEDIX.

      Biz iki arxadaşıydıx. Bir sola xaxı. Birimizin adı Yavuz, birimizin adı Cəngiz. Mənim Cəngiziydi, yoldaşımın Yavuz. Bir gün bərabər gettix su başına. Orda görrdüx çox yoldaşlarımız oynıllar. Kimi "Qaş-qaşa" oynırdı, kimi "Güllə-güllə" oynırdı, kimi çimirdi, o birisilər bir-birləriydən şaqa edirdilər. Həzz etmədix olardan. Dedim, arxadaş, Yavuz, gedağın bağa. Dedi: Yallah gedəğ, bir dəqiqə buların şeylərinnən, işlərinnən xilas olax.

 Gettıx biz bağa. Gördıx bir qoca adam əlində bir bel yer qazırı. Dedik, əmmi qüvvatıy olsın.

Dedi - sağ olasız.

Dedix: Nedisən?

Dedi, bu xurma ağacını əkirəm.

 - Dedix, səniy yaşıy nəqata olı?

 - Dedi: mənim yaşım səksən beş olı.

Dedix bu aqaç neçə ildə başa gəli?

- Dedi: bu aqaç on ildə başa gəli.

 Dedix: əmmi, səy ömrüyi qaldırıbsay, istərsən on ildən sora bunun barım yəəsən? - Dedi: yox, oğlum. Olar əgdi, biz yedıx. Biz də əgəğin, bizdən sonragılar yesin.

Bu bizə çox bir xoş nəsiyət gəldi. Mənnən Yavuz döndüx məmləgətə. Dedix: qoca gimin neçə özünnən sonrakıları düşünür. Biz də gərək elə edəğin.

/Rəmzi Göprulu, Altun Göprüdən, 32 yaşında, 1965/

Qaynaq:

 Azərbaycan folkloru antologiyası, II kitab (İraq-тürkman cildi), bакı, «Нurlan», 2009.


BÖLÜM: Nağıl,