SAS TAVUĞUN TƏLƏNGİ
Var idi, yox idi, bir avcı vardı. Günnərin birində çəmdə av edərkən ruzgarların uçura-uçura gətidigi bir quş tələngi tapdı.Tələng elə gözəldi, elə gözəldi, avcı ömründə belə qayət suslı bir gözəl nəsnə görməmişdi. Tələngi durmadan padşaha apardı. Padşah xəstə idi. Dedi qoy qəlbi şad olsun. Padşah çox bəgəndi təlnəgi. Avcıya ənəm verdi. Loğmanlar bildirdilər ki, padşah həmin quşun ətindən yeyən kimi sağalacaq.
Vəzir dedi: - Əsl avcı olduğunu və onun hansı məmləkətdə yaşadığını üç gündə bildirməlisən. Bildirməsən boynun vurulacaqdır. Avcı qəmli halda evə dönər.
- Oğlum nədən qəmlisən- deyə anası sorunca vəzirin istəgini anladar.
- Oğlum, böyük babandan sor. Onun iki yüzə yaxın yaşı var. Bilməmiş olmaz.
Avcı bir neçə aylıq uşaq kimi pambığa bükülüb, zənbildə saxlanılan babasından təlnəgin hansı quş olduğunu sordu:
- Oğlum , qəm yemə, bu xəfif bir işdir. O gözəl təlnəg Sas tavuğundur. Tavuq gün çıxan padşahına məxsusdur.
Avcı sevinə-sevinə padşahın hüzuruna gidər və onu məsələdən agah edər. Padşah məclis qurar və quşu necə əldə etmək barədə məsləhətləşər. Padşahın hər üç oğlu ayağa durub deyirlər: Padşah sağ olsun. Biz gedib o quşu gətirrik.
Yol hazırlığı görülür. Şahzadələr yola düşürlər. Yel kimin dərə-təpə, düz bilmir, keçirlər. Az gedir, üz gedir, dərə-təpə düz gedir, gəlir iki yol ayrıcına olaşırlar. Bir yolda “gedər dönər”, o biri yolda “gedər dönməz” yolunu tutur. Kiçik qardaş dərə-təpə düz keçər, qumsal çöllər, qayalıqlar keçər, yorğunluq, aclıq və susuzluqdan əziyyət çəkər, amma geri dönmək istəməz. Nə də heyvanları, quşları ovlamaz, vəhşi heyvanlara toxunmaz. Bir tülkünü tozuxdan xilas edər.
Su başında hegbəsində əl boyda qalmış əkməgi çıxarıb su ilə yemək istərkən həmin tülki qarşısında dayandı. Şahzadə ilə insan kimi qonuşdu. Ac olduğunu bildirdi. Şahzadə parça əkməgin yarısını tülküyə verdi. Tülkü şahzadənin hara gedəcəyini bildigdən sonra arxamca gə deyib, evinə qonaq apardı. Üç gün sonra tülki donuna girən pəri, şahzadəyə Gün çıxan padşahın yolunu göstərir və sıxıntıda yardım etmək üçün özünə tük verir, yandırarsa hazır olacağını da bildirir. Şahzadə gecə-gündüz yol gedir. Nəhayət gün çıxan padşahın sarayınə olaşır. Padşahı məsələdən agah etdi. Padşah gəncin atasının xəstə olduğuna təəssüflənsə də dedi:
- Əgər mənim üçün Kor Kosrın atını gətirsən. Sas tavuğı verərəm sənə.
Şahzadə qəmgin halda sarayı tərk edir. Bir daha tülkinin yanına dönür. Tülki bir müddət şahzadəyə qalavuzluq edir, sonra bu yolu tutarsınız, filan yerə olaşdıqda mağara ağzına bir at görəcəksiniz. Əgər ayaqları çalam-çalam olsa, mağaraya girərsiniz. Kor Kosrı divi yatmış görəcəksiniz. Onun ayaq və dizlərini övkələrsiniz, oyanacaq. Onda fikrinizi anladarsınız- deyir.
- Mənə möhtac olsan, tükümü yandır. Şahzadə tülkinin dedigi kimi yapdı. Div oyandı, mırıldadı:
- Ax, nə edim, bəxtin onda gətirib ki, diz və ayaqlarımı övkələyibsən. Yoxsa səni yeyərdim. Neçin gəlibsən, söylə.
Şahzadə başına gələni danışdı.
- Adaxlım Gülzarı düşmən divlər qaçırdıblar, onu gətirsən atmı sənə verərəm.
Şahzadə qəmgin halda mağaranı tərk edir. Naəlac qaldığından tükü yandırır, tükü yandırmasıynan tülki hazır olur. Tülki onu anladır. Şahzadə beş təpə arasında bulunan quyu üzərinə gəlir. Gülzar- deyə hazırlanınca Gülzar:
- Topuğuna qədər daş olasan- deməklə şahzadə daş olur. Bir daha göbəginə qədər daş olasan- deməglə şahzadə daş olur. Yenə huvarlanır. Boynuna qədər və sonra tam daş olur. Pəri tülkünün bacısı Şahzadəyi içəridən sevdigi üçün onu izləyirdi. Çapuq şahzadəyə olaşır, bir ovuc torpaq qaldırır, oxur daş olan şahzadənin üzərinə səpir. Şahzadə dönür olur əvvəlki kimi. Bir daha qonuşmazdan əvvəl: Çıxın, kömləginizi gətirmişəm” de. Oğlan quyuya yaxınlaşır, Gülzar, çıx gömləkini gətirmişəm - deyir. Gülzar - Quyuya at, deyər. Şahzadə - öncə siz boynunuzdagı gərdənliyi tişparı atın, taki sizə gömləgi atım Gülzar incili sehr anaxtarı olan gərdənliyi tişarı atar, gömləgi alar. Çirçiplaq olan Gülzar geyinir və tişarı çıxır. Şahzadə, Gülzarı görüncə bayılmaq dərəcəsinə gəlir. Gülzar hədsiz gözəldi. Şahzadə göz ayırmır. Tülkinin evinə gəlirlər. Tülki: İndi gəlib Gülzarı Kor Kosraya verib atı ala bilərsiniz. Gülzar kimi gözəl bir qızı qeyb edəcəyindən Şahzadə sıxılır. Acısını duyan tülki deyər o bir parça ekmək gözümdə durmaqdadır. Mən səninlə gedərəm - deyir. Yürürlər. Kor Kosranın qəsrinə yaxınlaşarkən tülki özünü Gülzara bənzədir. İndi qəsrə girək. Məni Kor Kosraya, atın yartaxımını və cilovunu alana kimi vermə. Onları alınca məni ona ver və atla evimizə dön. Şahzadən pərinin dedigi kimi yapdı və atla evə döndü. Gülzar donunda olan pəri ayaq yoluna getmək istər. Kor Kosra buraxmaz. Qorxar ki, Gülzarı bir daha divlər apararlar. Ayağına ip bağlar bir, ucunu tutar. Pəri orada ipi açar, ibriqə bağlar, sıçrar, qaçar. Kor Kosra yeddinci qat qəsr üzərində tülkiyi görüncə aldandığını anlar, tülkinin dalınca qaçar, fəzlə darıldıqından gözü görməz, qəsrdən düşüb ölər. Pəri evə döndükcə, indi atı Gün çıxan padşahına apar və Sas tavuğını al-deyər. Şahzadə belə bir atı əldən çıxarmağına sıxılır. Tülki deyər: İndi birlikdə gedəlim - deyər. Günçıxan padşahın qəsrinə yaxınlaşanda, pəri özünü Kor Kosranın atına bənzədir. Şahzadə üzərinə minər. Qəsr önündə pəri əsl at kimi kişnər, atlanar-düşər, gördüklərini parçalar. Padşah inanar ki, illərlə istədiyi arzuya çatıb. Sas tavuğı şahzadəyə verib yola salar. O biri gün bir nəfər pəhləvanı ata mindirir, qoşmasına tamaşa edər. Bu anda at pəhləvanı bir ağaca çırpır, öldürür və evə dönür. Şahzadə pəriyə necə təşəkkür etməgə söz tapmırdı. Pəri kiçik bacısını da şahzadəyə qoşur. Gülzar Kor Kosrın atı və Sas tavuğı da olmaqla şahzadənin olur. Günlərlə yol gedirlər. Gidişdə şahzadə görmüş olduğu "gedər dönər yol" ayrımına gəlincə bir karvanla rastlaşırlar. Şahzadə tanışlıq vermir. Padşahdan hal-əhval tutur. Tacir ağlayır - Belə səxavətli padşahın üç oğlunun yoldan dönməməsi, xəstəliyinin günü-gündən şiddətlənməsi halını sıxır- deyir. Şahzadə qardaşlarından bir xəbər tutmaq üçün "gedər dönər" yoluna səpinir. Bir şəhərə gələr, orada qardaşlarının kababçı şagirdi işlədiklərini görər. Qardaşları onu tanımazlar. Onları yanında xidmətçi götürər və məmləkətinə dönər. Dönüşdə bu iki qardaş ağalarının kiçik qardaşları olduğunu anlarlar. Qısqançlıq və çəkəməzlikdən bir fürsətdə dərin quyuya atıb, varını-yoxunu alır, babalarının sarayına gəlirlər. Kor Kosrın atı qaçıb şahzadə buraxılan quyunun üzərinə gəlir. Elə kişnəyir ki, hətta yer-göy bir olur. Bayılmış şahzadə ayılır. Səs edir, at ayağını yerə döyüb bir də gişnər. Şahzadə tülkünün tükünün yanında olduğunu xatırlar, yandırar özünü. Tülki hazır olub onu xilas edər. Şahzadə pəriyə dərindən təşəkkür edib, Kor Kosrın atına minər və şəhərə girər. Dügün olduğunu və padşahın iki qəhrəman oğlunun Sas tavuğu gətirdiyini, padşah xəstəlikdən sağaldığını və padşahın oğlanlarının Gülzar və Pərinin kiçik bacısının evlənmək üçün toy olduğunu eşidir. Çox darılır. Atını meydana sürür. Meydanda atların yarışı geçirilirdi. Kor Kosrın atı bir anda bir neçə at başı qopardır. Padşah onun kim olduğunu sorar. Buraya mənim iki qulum gəlib. Onları götürməyə gəlmişəm, -deyər. Padşah o qulların nişanı olub - olmadığını sorar. Damğaları vardır. Şahzadə hamını yoxlar, hətta padşah duyuğ düşməsin. Özü bilir, kimi axtarır. Padşah deyər: Artıq kimsə qalmadı. Qalmışdır. Qəsrinizdə toyu olanlara baxmalıyam. Padşah darılsa da, oğullarını dəvət edir. Padşahın oğlanları öz kiçik qardaşlarını görən kimi ona yalvarmağa başlayırlar. Günahlarını boyunlarına alırlar. Padşah kiçik oğlunu tanır. Baba məsələdən agah olduğundan sonra onun gözündən öpür. Böyük oğlanlarını şəhərdən qovur. Giçik şahzadəyə qırx gün, qırx gecə toy edir. Gülzar və kiçik Pərini ona arvad edir. Özündən sonra onun padşah olacağını elan edir. Onlar şadlıqla yaşarlar. Siz də şad olasız. Darı başıvuza. Toya mən də getmişdim. Başları qarışmışdı, ağzımı şirin edən olmadı. Bəkə siz edəsiz.
Qaynaq: Azərbaycan folkloru antologiyası, II kitab (İraq-Türkman cildi), Bakı – «Нurlan» - 2009.