+0 BƏYƏN
Pəri xanımın nağılı
Biri varmış, biri yoxmuş, bir padşahla vəzir varmış, Bunların uşaqları olmurmuş. Bir gün bir dərviş gəldi padşahın qapısına. Qəsidə oxuyurdu.
Buna pay verdilər.
Dərviş payı almayıb dedi:
– Mən padşahın özünü görmək istəyirəm.
Padşaha xəbər verdilər.
Padşah dedi:
– Buraxın gəlsin.
Dərviş gəldi padşahın yanına. Padşah dedi:
– Ağa dərviş, mənnən nə işin var?
Dərviş dedi:
– Eşitmişəm ki, sizin və vəzirinizin uşağı olmur. Ona görə də mən alma gətirmişəm ki, bölüb yarısını sən öz hərəminlə, yarısını da vəzir öz hərəmilə yeyəsiz.
Padşah almanı dərvişdən aldı, özünü də hörmətlə yola saldı.
آردینی اوخو/Ardını oxu